Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayon İcra Hakimiyyəti tərəfindən Qurban bayramı münasibəti ilə  bayram sovqatları paylanılıb      

28 iyun 2023 | 16:21

İslam  dünyasının və xalqımızın ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində qeyd olunur. Dünya müsəlmanların mənəvi birlik, həmrəylik və qardaşlıq bayramı olan müqəddəs Qurban bayramı münasibəti ilə Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşayan şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və aztəminatlı ailələrə, cəmi 850 ailəyə qurban payı paylanılıb.

Bayram payı alan sakinlər bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul olunmasını diləyərək, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Əziz tovuzlular Qurban bayramınız mübarək olsun!

 

 

Keçidlər