Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz Rayon İcra Hakimiyyəti başçısının “27 Sentyabr – Anım Günü” ərəfəsində Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarəti davam edir.

25 sentyabr 2026 | 17:29
“27 Sentyabr – Anım Günü” ərəfəsində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov şəhid ailələrinin üzvləri ilə birgə Hunanlar, Əlimərdanlı, Qaraxanlı, Xatınlı və Aşağı Mülkülü kəndlərində yerləşən şəhid məzarlarını ziyarət edib.
Məzarların üzərinə tər güllər düzülüb, şəhidlərin ruhlarına dualar oxunub, onların qəhrəmanlığı və əziz xatirəsi ehtiramla yad edilib.
Ziyarət zamanı şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanılıb, onlarla səmimi söhbətlər aparılıb. Görüşlərdə şəhidlərimizin şərəfli irsinin qorunmasının, onların adlarının və qəhrəmanlıqlarının gələcək nəsillərə çatdırılmasının mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Şəhid ailələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərilən daim diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər