Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyasının onlayn iclası keçirilmişdir

28 iyun 2022 | 20:00

Kür çayı vasitəsilə ölkə ərazisinə daxil olan suyun həcminin artması ilə əlaqədar görülməli olan tədbirlərin müzakirəsi məqsədilə Tovuz Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyasının onlayın iclası keçirilmişdir.

RİH başçısı Məmməd Məmmədov çıxış edərək son günlər yağan intensiv yağışlar nəticəsində Gürcüstanda, Kür çayının Tiflis məntəqəsində suyun səviyyəsinin əhəmiyyətli artımı müşahidə olunduğunu və nəticədə Tovuz rayonunun Kür ətrafı ərazilərində suyun səviyyəsinin artdığını qeyd etmişdir.

İclasda  ərazisindən Kür çayı keçən inzibati ərazi dairələrinin nümayəndələri çıxış edərək hazırda Kür çayında suyun səviyyəsi, əhalinin məlumatlandırılması istiqamətində aparılan işlər barədə ətraflı məlumat vermişlər. İclas qarşılıqlı müzakirə şəraitində davam etmişdir.

RİH başçısı əhalinin maarifləndirilməsi, təhlükəsizliyinin təmin olunması və digər məsələlərlə bağlı görülməli olan  qabaqlayıcı tədbirlər barədə müvafiq tapşırıqlarını vermişdir.

Keçidlər