Tovuz Rayon İcra Hakimiyyəti başçısı şəhid ailələrini ziyarət edib
27 sentyabr “Anım Günü” ərəfəsində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, rayonunun ictimaiyyət nümayəndələri Aşağı Quşçu və Dondar Quşçu kəndlərində şəhid ailələri və Vətən Müharibəsi qaziləri ilə görüşüblər.
Görüşdə iştirak edənlər şəhidlərin məzarlarını ziyarət edərək, onların məzarları önünə gül dəstələri düzmüşlər və ruhlarına dualar oxunmuşdur.
Şəhid ailələri ilə birlikdə çay süfrəsi arxasında söhbət edən rayon rəhbəri şəhid ailələrin sosial vəziyyəti ilə maraqlanıb, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsinin daim uca tutulduğunu, dövlətimizin və xalqımızın hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.
Allah şəhidlərimizə rəhmət eləsin!






