Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayon Ağsaqqallar Şurasının konfransı keçirilib

08 fevral 2025 | 12:51
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin  abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub və xatirəsini böyük ehtiramla yad ediblər. Rayon ağsaqqallar şurasının sədr müavini Bəhram Pənahov tədbir giriş sözü ilə açdıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə  Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov və rayon ağsaqqalları iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov qonaqları və tədbir iştirakçılarını salamlayaraq qeyd etmişdir ki, dövlətimizin bugünkü inkişafında ağsaqqal və ziyalılarımızın böyük rolu var və onlar gənclərimizin hərbi-vətənpərvərlik ruhunda yetişməsinə böyük töhfə verirlər. Prezident İlham Əliyev ağsaqqal və ziyalılarımızı daim diqqətdə saxlayır, onlara qayğı göstərir. Ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu ənənəyə həmişə böyük önəm verilir. Cəmiyyətin bütün sahələrində həmişə ağsaqqal nüfuzuna, tövsiyyəsinə ehtiyac var deyən icra başçısı bildirmişdir ki, biz rayon ağsaqqallarımızın bu köməyini və dəstəyini hər zaman hiss edirik. O, rayon ağsaqqallar şurasının mərhum sədri Tofiq Zeynalovun xatirəsini anaraq onun bu sahədəki xidmətlərindən bəhs etmişdir. Sonra başçı konfransın işinə uğurlar arzulamışdır. Sonra konfrans təşkilati məsələlərin müzakirəsi ilə davam etdirilib. Çıxış edən rayon ağsaqqalları Firdovsi Fəttahov və  Nadir Cəfərovun təklifi ilə Məzahir Bayramovun namizədliyi müzakirə olunub. Səsvermə əsasında Məzahir Bayramov Tovuz rayon ağsaqqallar şurasının sədri seçilib. Eyni zamanda konfrans Hüseynov Qasım Oruc oğlunu ağsaqqallar şurası idarə heyətinin  üzvü seçib. Daha sonra Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov 44 günlük Vətən Müharibəsində hərb tariximizə yazılan şanlı Zəfərin gələcək nəsillərə çatdırılmasında, yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında ağsaqqallarımızın böyük rolu olduğunu vurğulayıb,qarşıda duran vəzifələrdən danışıb. Sonda bir daha yeni seçilmiş şəxsləri təbrik edib, rayon ağsaqqallar şurasına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Keçidlər