Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz Rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilmişdir

22 iyun 2022 | 12:17

Tovuz Rayon Ağsaqqallar Şurasının bir illik fəaliyyətinə dair hesabat yığıncağı   keçirilmişdir. Yığıncaqdan əvvəl rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, respublika ağsaqqallar şurasının sədr müavini Bayram Yusifov və rayon ağsaqqallar şurasının üzvləri Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər.

Hesabat yığıncağı YAP rayon təşkilatının iclas zalında davam etdirilmişdir. Yığıncağı giriş sözü ilə rayon ağsaqqallar şurasının sədri Tofiq Zeynalov açmış, sonra şuranın sədr müavini Bəhram Pənahov şuranın son bir ildəki fəaliyyəti barədə məruzə etmişdir. Məruzə ətrafında müzakirələrdə şura üzvləri Mücaməddin Axundov, Mayıl Hümmətov, Tofiq Mədətov çıxış etmiş, şuranın fəaliyyətini müsbət dəyərləndirmiş və bir sıra təkliflər vermişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək ağsaqqallar şurasının rayonun sosial-iqtisadi və mədəni həyatında yaxından iştirak etdiyini, milli-mənəvi dəyərlərimizin qorunması, gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər gördüyünü bildirmişdir. İcra başçısı rayon ağsaqqallarının dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləmələrini və ölkədə həyata keçirilən böyük işləri fəal təbliğ etmələrini şuranın fəaliyyətinin mühüm istiqaməti kimi dəyərləndirmişdir.

Yığıncaqda çıxış edən respublika ağsaqqallar şurasının sədri Bayram Yusifov bu gün ölkədə həyata keçirilən əzəmətli işlərdən ətraflı danışmış, ağsaqqallar şurasının da bu işlərə mühüm töhfə verdiyini qeyd etmişdir. O, rayon ağsaqqallar şurasının fəaliyyətinin daha da gücləndirilməsi üçün görüləcək işlərdən bəhs etmiş, xüsusilə bütün yaşayış məntəqələrində özək təşkilatlarının yaradılması zərurətini vurğulamışdır.

Keçidlər