Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz məktəblərində “Bilik Günü” keçirilmişdir

15 sentyabr 2023 | 10:23

Yeni dərs ilinin başlanması və “Bilik Günü” münasibətilə rayonun bütün məktəblərində tədbirlər keçirilmişdir. Tədbirlərdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, təhsil sektorunun əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak və çıxış etmişlər.

“Bilik günü” münasibətilə Adil Qasımov adına Tovuz şəhər tam orta məktəbində təşkil olunmuş tədbirdə iştirak edən rayon icra hakimiyyəti başçısı Məmməd Məmmədov çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında görülən işlərdən və əldə olunan nailiyyətlərdən, həmçinin təhsilinn inkişafı sahəsində həyata keçirilən dövlət siyasətindən danışmış, Tovuz rayonunda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlər, hazırda icra olunan layihələr, ötən tədris ilində əldə olunan nəticələr barədə fikirlərini bölüşmüş, rayonda təhsilin inkişafı sahəsində qarşıda duran vəzifələri diqqətə çatdırmışdır. Rayon rəhbəri məktəbin müəllim kollektivini və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş və onlara uğurlar arzulamışdır.

 “Bilik Günü” tədbirlərində çıxış edənlər təhsilə göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmiş və bu qayğıya əməli işləri ilə cavab verəcəklərini bildirmişlər.

Keçidlər