Şriftin ölçüsü :

Saytın rəngi :

“Tovuz – 2022” Region Gənclərinin Forumu keçirilib

30 noyabr 2022 | 18:05

Tovuz rayon Nizami adına mədəniyyət evində keçirilən “Tovuz – 2022” Region Gənclərinin Forumunda Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, müxtəlif nazirliklərin əməkdaşları və regionun ayrı-ayrı rayonlarından gələn gənclər iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra forum öz işinə başlayıb.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək rayonda gənclər üçün yaradılan şəraitdən, bu sahədə görülən işlərdən bəhs edib. RİH başçısı Tovuz rayonunun “Gənclər paytaxtı – 2022” elan olunmasından sonra gənclər tərəfindən müxtəlif tədbirlər keçirildiyini bildirib, Region Gənclərinin Forumunun da həmin tədbirlərdən biri olduğunu vurğulayıb.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva forumda çıxış edərək, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən, gənclərin son illər əldə etdiyi uğurlardan danışıb.

Daha sonra mövzular üzrə çıxışlara və müzakirələrə başlanılıb. Xarici İşlər Nazirliyinin nümayəndəsi Mahur Qasımov Güclü dövlətin müstəqil siyasəti, Müdafiə Nazirliyinin baş zabiti, polkovnik-leytenant Rüfət Məmmədov güclü dövlət, güclü ordu, Daxili İşlər Nazirliyinin nümayəndəsi, polis polkovniki Elxan Mürsəlov güclü dövlət asayişin sabitliyidir, İqtisadiyyat Nazirliyinin Gəncə-Qazax regional bölməsinin müdir müavini Orxan İbrahimov güclü dövlət, güclü iqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Rəşad Dayıyev güclü siyasət, güclü vətəndaş, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Mahir Qəniyev isə milli-mənəvi dəyərlər və güclü dövlət mövzularında çıxışlar edib, fikir mübadiləsi aparıblar.

Sonra gənclərin sualları cavablandırılıb. Region gəncləri bu cür görüşlərin faydalı olduğunu, həmçinin forumun panel müzakirə şəklində keçməsinin və dövlət rəsmiləri ilə birbaşa kontakt qurulmasının onlar üçün böyük əhəmiyyət kəsb etdiyini bildirmişlər.

 

Keçidlər