Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Həsənov Sərxan Habil oğlunun qardaşı dünyaya gəlib

17 oktyabr 2022 | 17:37

Şanlı Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan rayonun Əlibəyli kənd sakini Həsənov Sərxan Habil oğlunun qardaşı dünyaya gəlib.

Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova və Tovuz RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Oruc Məmmədov şəhidimiz ailəsini ziyarət etmiş, körpənin doğumu münasibətilə ailə üzvlərinə göz aydınlığı vermiş, ananın və körpəsinin sağlamlıq vəziyyətləri ilə maraqlanmışlar.

Şəhidimizin anası Həsənova Samirə Məhəmmədəli qızı özünün və körpənin tibbi vəziyyətlərinin yaxşı olduğunu bildirmiş, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür etmişdir.

Qeyd edək ki, yeni doğulan körpəyə şəhidimiz Həsənov Sərxanın adı verilib.

 

Keçidlər