Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin nəzərinə!

14 iyun 2022 | 12:05

Əziz tovuzlular və rayonumuzun qonaqları!

Tovuz rayon İcra Hakimiyyəti Milli Qurtuluş Günü münasibətilə 15 iyun 2022-ci il tarixdə saat 18:00-dan başlayaraq Heydər Əliyev adına mədəniyyət və istirahət parkında geniş konsert proqramı təşkil edəcəkdir.

Konsertdə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının əməkdaşları, respublikanın əməkdar və xalq artistləri Gülyanaq Məmmədova və Heydər Anatollu, əməkdar artistlər Zakir Əliyev, İsgəndər Ələsgərov, Qorxmaz Qurbanov və Fəxri Kazım-Nicat, Rövşən Qəhrəmanov, Aynur İsgəndərli, Ayşən Mehdiyeva, Aydın Əliyev, Zahid Rzayev, Elşən Qasımov, Akim Abdullayev, “Cəngi” rəqs ansambılı iştirak edəcəklər.

Tovuz rayon İcra Hakimiyyəti sakinləri və rayonumuzun qonaqlarını konsert proqramını seyr etmək üçün Heydər Əliyev adına mədəniyyət və istirahət parkına dəvət edir.

Keçidlər