RİH başçısının Qəribli kəndində səyyar qəbulu keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Qəribli kəndində səyyar qəbul-görüşü keçirilmişdir.
Qəribli kəndində keçirilən səyyar qəbulda rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulda iştirak edən Qəribli kənd sakinlərinin müraciətləri dinlənilib və birgə həll yolları araşdırılıb. Səsləndirilən problemlərin dərhal araşdırılması və aradan qaldırılması üçün RİH başçısı tərəfindən aidiyyəti qurumlara lazımi tapşırıqlar vermişdir.
Qəribli kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.