Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısının Qədirli kəndində səyyar qəbulu keçirilib

16 oktyabr 2025 | 18:45

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Qədirli kəndində səyyar qəbul-görüşü keçirilib.

Qədirli kəndində keçirilən səyyar qəbul-görüşdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, idarə, müəssisə və  təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Qəbul zamanı Qədirli  kənd sakinlərinin müraciətləri dinlənilib və problemlərin müvafiq həll yolları araşdırılıb. Səsləndirilən bir sıra müraciətlərin yerindəcə həll olunması ilə bağlı lazımi tapşırıqlar verilib. Digər problemlər mərhələli şəkildə həll olunması məqsədilə nəzarətə götürülüb.

Qədirli kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, əhalinin rifah halının və sosial vəziyyətinin yaxşılaşdırlması istiqamətində görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  təşəkkürlərini ifadə ediblər.

 

 

Keçidlər