RİH başçısının Əyyublu kəndində səyyar qəbulu keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Əyyublu kəndində növbəti səyyar qəbul-görüşü keçirilmişdir.
Əyyublu kənd İƏD üzrə nümayəndəliyinin inzibati binasında baş tutan səyyar qəbulda Tovuz rayon prokuroru Maarif Hüseynov, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulda iştirak edən Əyyublu kənd sakinlərinin müraciətləri dinlənilib və birgə həll yolları araşdırılıb. Səsləndirilən problemlərin dərhal araşdırılması və aradan qaldırılması üçün RİH başçısı tərəfindən aidiyyəti şəxslərə tapşırıqlar verilib.
Əyyublu kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər.