Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısının Aşağı Mülkülü kəndində səyyar qəbulu keçirilib

18 dekabr 2025 | 18:52

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Aşağı Mülkülü kəndində səyyar qəbul-görüşü keçirilmişdir.

Aşağı Mülkülü kəndində keçirilən səyyar qəbulda YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, rayonda fəaliyyət göstərən idarə, müəssisə və  təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Aşağı Mülkülü kənd sakinlərinin müraciətləri dinlənilib və birgə həll yolları araşdırılıb. Səsləndirilən problemlərin  araşdırılması və aradan qaldırılması üçün RİH başçısı tərəfindən aidiyyəti qurumlara lazımi tapşırıqlar verib.

 Aşağı Mülkülü  kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər

Keçidlər