RİH başçısının Yanıqlı kəndində növbəti səyyar qəbulu keçirilib
05 fevral 2026 | 17:44
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Yanıqlı kəndində növbəti səyyar qəbulu keçirilib.
Qəbulda YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, rayonun hüquq-mühafizə orqanlarının, müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbər və məsul şəxsləri iştirak ediblər. Görüş zamanı kənd sakinləri tərəfindən əsasən sosial, infrastruktur və məişət xarakterli məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, əlavə araşdırma tələb edən məsələlərlə bağlı isə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.






