RİH başçısının ucqar sərhəd kəndi olan Qaralarda səyyar qəbul-görüşü keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov növbəti səyyar qəbul-görüş zamanı rayonun ucqar dağ kəndi olan Qaralar kəndinin sakinləri ilə görüşüb.
Qəbulda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Tovuz Rayon Şöbəsinin rəis vəzifəsini müvəqqəti icra edən Xalid Abasov, aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Kənd sakinlərini maraqlandıran məsələlər və problemlər dinlənilib, məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Qaralar kəndinin sakinləri vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.