RİH başçısının Tovuz şəhərində səyyar qəbulu keçirilib
23 aprel 2025 | 18:13
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Tovuz şəhərində səyyar qəbul-görüşü keçirilib.
Tovuz şəhərində keçirilən səyyar qəbul-görüşdə hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbula gələn Tovuz şəhər sakinləri söz alaraq onları narahat edən müraciətləri səsləndiriblər. RİH başçısı Məmməd Məmmədov müraciətlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə lazımi tapşırıqlar vermişdir.
Tovuz şəhər sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.