RİH başçısının səyyar qəbulu Qovlar şəhərində keçirilib
05 dekabr 2024 | 17:48
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun səyyar qəbul-görüşü Qovlar şəhərində keçirilib.
Qovlar şəhərində keçirilən səyyar qəbul-görüşdə hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Qəbulda iştirak edən Qovlar şəhər sakinləri onları narahat edən məsələləri dilə gətiriblər. Müraciətlərin həlli üçün müvafiq idarə rəhbərlərinə tapşırıqlar verilib.
Qovlar şəhər sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini bildirərək, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.