RİH başçısının səyyar qəbul-görüşü Xatınlı kəndində keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Xatınlı kəndində səyyar qəbul-görüşü keçirilib.
Xatınlı kəndinə keçirilən səyyar qəbul-görüşdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, hüquq-mühafizə orqanlarının, aidiyyatı idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbul-görüşdə iştirak edən Xatınlı kənd sakinləri onları narahat edən problemləri səsləndiriblər. Kənd sakinləri tərəfindən qaldırılan məsələlər bir sıra müraciətlər yerindəcə həllini tapıb, digərlərinin həlli üçün aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilib.
Xatınlı kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.






