RİH başçısının səyyar qəbul-görüşü Vahidli kəndində keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun rayonun Vahidli kəndində səyyar qəbul-görüşü keçirilib.
Vahidli kəndində keçirilən səyyar qəbulda idarə-müəssisə, təşkilatların, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulda iştirak edən Vahidli kənd sakinləri onları narahat edən müraciətləri səsləndiriblər. RİH başçısı Məmməd Məmmədov müraciətlərin həlli istiqamətində aidiyyəti idarə rəhbərlərinə lazımi tapşırıqlar vermişdir.
Vahidli kənd sakinləri əhalinin rifah halının və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən razılıqlarını bildirərək, göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.






