Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısının səyyar qəbul-görüşü Qovlar şəhərində keçirilib

20 noyabr 2025 | 18:06

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun səyyar qəbul-görüşü Qovlar şəhərində keçirilib.

Qovlar şəhərində keçirilən səyyar qəbul-görüşdə hüquq-mühafizə orqanlarının, aidiyyatı idarə, müəssisə və təşkilatların rəhbərləri və şəhər sakinləri  iştirak ediblər.

Səyyar qəbul-görüşdə iştirak edən Qovlar şəhər sakinləri onları narahat edən problemləri səsləndiriblər. Sakinlər tərəfindən qaldırılan məsələlər qeydiyyata alınıb və həlli üçün aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilib.

Qovlar şəhər sakinləri səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  təşəkkürlərini bildiriblər.

 

Keçidlər