RİH başçısının səyyar qəbul-görüşü Əyyublu kəndində keçirilib
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Əyyublu kəndində səyyar qəbul-görüşü keçirilib.
Əyyublu kənd İƏD üzrə nümayəndəliyin inzibati binasında təşkil olunan səyyar qəbul-görüşdə hüquq-mühafizə orqanlarının, aidiyyatı idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbul-görüşdə iştirak edən Əyyublu kənd sakinləri onları narahat edən problemləri səsləndiriblər. Kənd sakinləri tərəfindən qaldırılan məsələlər qeydiyyata alınıb və həlli üçün aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilib.
Əyyublu kənd sakinləri əhalinin rifah halının və sosial vəziyyətinin yaxşılaşdırlması istiqamətində görülən işlərdən razılıqlarını bildirərək, ölkə Prezidentinə təşəkkürlərini ifadə ediblər.