RİH başçısının səyyar qəbul-görüşü Çobansığnaq kəndində keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə Sarıtala kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Çobansığnaq kəndində səyyar qəbul-görüş keçirib.
Kənd sakinləri qarşısında çıxış edən Məmməd Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla icra olunan daxili və xarici siyasətdən bəhs etmiş, həmin siyasətin sosial yönümlü olduğunu vurğulamışdır. İcra başçısı ölkədə həyata keçirilən bütün tədbirlərin mərkəzində insan amili dayandığını qeyd etmiş, bu istiqamətdə rayonumuzda görülən işlər barədə kənd sakinlərini məlumatlandırmışdır.
Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. İcra başçısı vətəndaşları narahat edən məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.