RİH başçısının səyyar qəbul-görüşü Cəlilli kəndində keçirilib
13 mart 2025 | 17:28
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Cəlilli kəndində səyyar qəbul-görüşü keçirilib.
Cəlilli kəndində keçirilən səyyar qəbul-görüşdə hüquq-mühafizə orqanlarının, aidiyyatı idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbul-görüşdə iştirak edən Cəlilli kənd sakinləri onları narahat edən problemlər səsləndiriblər. Kənd sakinləri tərəfindən qaldırılan məsələlər qeydiyyata alınıb və həlli üçün aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilmişdir.
Cəlilli kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirmişlər.