Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısının səyyar qəbul-görüşü Bozalqanlı kəndində keçirilib

01 dekabr 2022 | 15:32

Tovuz rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədov aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə Bozalqanlı kəndində səyyar qəbul-görüş keçirib.

Səyyar qəbul-görüşdə çıxış edən RİH başçısı Məmməd Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi tədbirlərdən söz açmış, rayonumuzda son illərdə sosial-infrastruktur sahələrdə görülən işlər və planlaşdırılan layihələr barədə kənd sakinlərinə məlumat vermişdir.

Sonra Bozalqanlı kəndinin sakinlərinin problemləri və onları narahat edən məsələlər dinlənilib. Vətəndaşların müraciətlərinin həlli istiqamətində müvafiq tapşırıqlar verilib, bəziləri isə yerindəcə həll olunub.

Kənd sakinləri vətəndaşların sosial rifahının yaxşılaşdırılması və ölkədə həyata keçirilən tədbirlərdən razılıqlarını ifadə edib, ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

 

Keçidlər