Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısının səyyar qəbul-görüşü Alakol kəndində keçirilib

19 dekabr 2024 | 18:54

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Alakol kəndində səyyar qəbul-görüşü keçirilib.

Alakol kəndində təşkil olunan səyyar qəbul-görüşdə hüquq-mühafizə orqanlarının, aidiyyatı idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri  iştirak ediblər.

Səyyar qəbul-görüşdə iştirak edən Alakol kənd sakinləri onları narahat edən problemləri səsləndiriblər. Kənd sakinləri tərəfindən qaldırılan məsələlər qeydiyyata alınıb və həlli üçün aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilib.

Alakol kənd sakinləri əhalinin rifah halının və sosial vəziyyətinin yaxşılaşdırlması istiqamətində görülən işlərdən razılıqlarını bildirərək, ölkə Prezidentinə təşəkkürlərini ifadə ediblər.

 

Keçidlər