Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısının sərhəd kəndi olan Koxanəbidə səyyar qəbul-görüşü keçirilib

14 avqust 2023 | 14:44

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov növbəti səyyar qəbul-görüş zamanı rayonun sərhəd kəndi olan Koxanəbi kəndinin sakinləri ilə görüşüb.

M.Əliyev adına Əsrik Cırdaxan kənd tam orta məktəbin ərazisində təşkil olunan səyyar qəbul-görüşdə rayonda fəaliyyət göstərən İdarə, müəssisə və  təşkilatların rəhbərləri və Koxanəbi kənd sakinləri iştirak ediblər.

Qəbul zamanı kənd sakinlərinin müraciətləri dinlənilib və problemlərin müvafiq həll yolları araşdırılıb. Səsləndirilən bir sıra müraciətlərin yerindəcə həll olunması ilə bağlı lazımi tapşırıqlar verilib. Digər problemlər mərhələli şəkildə həll olunması məqsədilə nəzarətə götürülüb.

Koxanəbi sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər