RİH başçısının Sarıtala kəndində səyyar qəbulu keçirilib
03 iyul 2025 | 19:59
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Sarıtala kəndində səyyar qəbul-görüşü keçirilib.
Sarıtala kəndində keçirilən səyyar qəbulda rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qəbul zamanı Sarıtala kənd sakinlərinin müraciətləri dinlənilib və problemlərin müvafiq həll yolları araşdırılıb. Səsləndirilən bir sıra müraciətlərin yerindəcə həll olunması ilə bağlı lazımi tapşırıqlar verilib. Digər problemlər mərhələli şəkildə həll olunması məqsədilə nəzarətə götürülüb.
Sarıtala kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.






