Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısının rayonun Qaraxanlı kəndində səyyar qəbul-görüşü keçirilib

02 oktyabr 2025 | 19:12

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun rayonun Qaraxanlı kəndində səyyar qəbul-görüşü keçirilib.

Qaraxanlı kəndində keçirilən səyyar qəbulda YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə-müəssisə, təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Səyyar qəbulda iştirak edən Qaraxanlı kənd sakinlərinin müraciətləri dinlənilib və birgə həll yolları araşdırılıb. Səsləndirilən problemlərin aradan qaldırılması üçün RİH başçısı tərəfindən müvafiq idarə rəhbərlərinə tapşırıqlar verib.

Qaraxanlı kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz təşəkkürlərini bildiriblər. 

 

Keçidlər