RİH başçısının Qəribli kəndində səyyar qəbulu keçirilib
21 may 2026 | 18:30
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Qəribli kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib.
Qəbulda rayonun aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbər və məsul şəxsləri iştirak ediblər. Səyyar qəbul zamanı kənd sakinlərinin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılması tələb olunan müraciətlər isə aidiyyəti üzrə nəzarətə götürülərək müvafiq tapşırıqlar verilib.
Sonda kənd sakinləri ölkəmizdə həyata keçirilən sosial siyasətə və vətəndaş müraciətlərinə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






