RİH başçısının Qaralar kəndində səyyar qəbul-görüşü keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Qaralar kəndində səyyar qəbul-görüşü keçirilib.
Qaralar kəndində keçirilən səyyar qəbulda idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qəbul zamanı Qaralar kənd sakinlərinin müraciətləri dinlənilib və problemlərin müvafiq həll yolları araşdırılıb. Səsləndirilən bir sıra müraciətlərin yerindəcə həll olunması ilə bağlı lazımi tapşırıqlar verilib. Digər problemlər mərhələli şəkildə həll olunması məqsədilə nəzarətə götürülüb.
Qaralar kənd sakinləri əhalinin rifah halının və sosial vəziyyətinin yaxşılaşdırlması istiqamətində görülən işlərdən razılıqlarını bildirərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.






