Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısının Qaradaş kəndində səyyar qəbulu keçirilib

05 iyun 2025 | 20:30

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun səyyar qəbul-görüşü rayonun Qaradaş kəndində keçirilib.

Qaradaş kəndində keçirilən səyyar qəbulda rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Qəbulda iştirak edən Qaradaş kənd sakinləri onları narahat edən məsələləri dilə gətiriblər. Kənd sakinləri tərəfindən qaldırılan məsələlər qeydiyyata alınıb və həlli üçün aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilib.

Qaradaş kənd sakinləri  təşkil olunan səyyar qəbulların vacibliyini qeyd edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər.

 

Keçidlər