RİH başçısının növbəti səyyar qəbulu Xatınlı kəndində keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə rayonun Xatınlı kəndində səyyar qəbul-görüş keçirilmişdir.
Kənd sakinləri qarşısında çıxış edən RİH başçısı Məmməd Məmmədov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın regionun lider dövləti kimi Türk dünyası ölkələri arasında xüsusi yerə malik olduğunu bildirmişdir. Məmməd Məmmədov vurğulamışdır ki, Vətən müharibəsində qazanılan qələbədən sonra beynəlxalq arenada ölkəmizin mövqeyi daha da möhkəmlənmişdir.
Daha sonra qəbula gələn vətəndaşlar dinlənilmiş, onları maraqlanıran məsələlərin həll yolları müzakirə edilmişdir.
Xatınlı sakinləri keçirilən səyyar qəbulların xüsusi əhəmiyyətə malik olduğunu bildirmiş, ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.