RİH başçısının növbəti səyyar qəbulu rayonun Qədirli kəndində keçirilib.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov növbəti səyyar qəbul zamanı Qədirli kəndinin sakinləri ilə görüşüb.
C.Sadıqov adına Qədirli kənd tam orta məktəbində baş tutan səyyar qəbulda hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Kənd sakinləri qarşısında çıxış edən RİH başçısı Məmməd Məmmədov görüşün 8 noyabr Zəfər günü ərəfəsinə təsadüf etdiyini bildirərək 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbənin tarixi əhəmiyyətə malik olduğunu, əldə edilən Zəfər sayəsində Azərbaycanın regionun lider dövləti kimi sübuta yetirildiyini və nəticədə daxili və xarici siyasətdə daha böyük uğurlara nail olunduğunu vurğulamışdır. M.Məmmədov qeyd etmişdir ki, bu Zəfəri şəhidlərimizə, qazilərimizə və müharibə iştirakçılarına borcluyuq.
Daha sonra qəbula gələn sakinlərin səsləndirdiyi fikirlər dinlənilmiş, problemlərə müvafiq həll yolları təklif olunmuş, bəzi məsələlərin mərhələli həlli üçün qeydiyyata alınmış və nəzarətə götürülmüşdür.
Qədirli kəndinin sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər.