RİH başçısının növbəti səyyar qəbulu Kirən kəndində keçirilib
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Kirən kəndində növbəti səyyar qəbul keçirmişdir.
Kirən kənd E.Süleymanov adına tam orta məktəbinin binasında baş tutan səyyar qəbulda rayonda fəaliyyət göstərən İdarə, müəssisə və təşkilatların rəhbərləri və kənd ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qəbul zamanı çıxış edən Kirən, Baqqallı, Hacıhəsənli, Xatıncan, Xınnakirən, Qalaboyun, Molla Ayrım, Saladınlı, Sofular kənd sakinləri onları narahat edən problemləri dilə gətirmişlər. Kənd sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilmiş, bir qisminin isə həlli istiqamətində əlaqədar təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Kirən sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.