RİH başçısının növbəti səyyar qəbul-görüşü Yuxarı Öysüzlü kəndində keçirilib
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Yuxarı Öysüzlü kəndində növbəti səyyar qəbul-görüşü keçirilib.
Yuxarı Öysüzlü kənd İƏD üzrə nümayəndəliyin inzibati binasında təşkil olunan səyyar qəbul-görüşdə aidiyyatı idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbul-görüşdə iştirak edən Yuxarı Öysüzlü kənd sakinləri onları narahat edən problemlər səsləndiriblər. Kənd sakinləri tərəfindən qaldırılan məsələlər qeydiyyata alınıb və həlli üçün aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilmişdir.
Yuxarı Öysüzlü kənd sakinləri əhalinin rifah halının və sosial vəziyyətinin yaxşılaşdırlması istiqamətində görülən işlərdən razılıqlarını bildirərək, ölkə Prezidentinə təşəkkürlərini ifadə ediblər.