RİH başçısının növbəti səyyar qəbul-görüşü Sarıtala kəndində keçirilib
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Sarıtala kəndində növbəti səyyar qəbul-görüşü keçirilib.
Vaqif Kazımov adına Çobansığnaq kənd tam orta məktəbində təşkil olunan səyyar qəbul-görüşdə aidiyyatı idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbul-görüşdə iştirak edən Sarıtala, Çobansığnaq, Qaraboyunlar,Yoğunbulaq, Dondarlı və Namxoş kəndlərinin sakinləri onları narahat edən problemlər səsləndiriblər. Kənd sakinləri tərəfindən qaldırılan məsələlər qeydiyyata alınıb və həlli üçün aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilmişdir.
Kənd sakinləri əhalinin rifah halının və sosial vəziyyətinin yaxşılaşdırlması istiqamətində görülən işlərdən razılıqlarını bildirərək, ölkə Prezidentinə təşəkkürlərini ifadə ediblər.