Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısının növbəti səyyar qəbul-görüşü rayonun Böyük Qışlaq kəndində keçirilib

11 may 2023 | 18:34

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun növbəti səyyar qəbul görüşü rayonun Böyük Qışlaq kəndində keçirilib. Səyyar qəbul görüşdə rayon Polis Şöbəsinin rəisi, idarə müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Görüşdə RİH başçısının Böyük Qışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin tərkibinə daxil olan Böyük Qışlaq, Məsimlər, Mollalar, Səfərli və Şamlıq kənd sakinlərinin müraciətləri dinlənilib.

Kənd sakinləri qarşısında çıxış edən RİH başçısı Məmməd Məmmədov görüşün 10 may Ulu Öndər Heydər Əliyevin 100 illiyinə təsadüf etdiyini bildirərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin həyatındakı tarixi xilaskarlıq missiyasından, bütün fəaliyyəti boyu ölkəmizin çiçəklənməsi və qüdrətlənməsi yolunda gördüyü misilsiz xidmətlərindən, xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşaması naminə göstərdiyi fədakarlıq nümunələrindən bəhs edib.

Daha sonra qəbula gələn sakinlərin səsləndirdikləri fikirlər dinlənilmiş, problemlərin müvafiq həll yolları təklif olunmuş, bəzi məsələlər mərhələli həlli üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd edərək, göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildiriblər. 

Keçidlər