RİH başçısının növbəti səyyar qəbul-görüşü Aşağı Quşçu kəndində keçirilib
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Aşağı Quşçu kəndində növbəti səyyar qəbul–görüşü keçirilib.
İsmayıl Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbində təşkil olunan səyyar qəbul-görüşdə YAP Tovuz rayon təşkilatının sədri, hüquq mühafizə orqanları, aidiyyatı idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbul-görüşdə iştirak edən Aşağı Quşçu kənd sakinləri onları narahat edən problemlər səsləndiriblər. Kənd sakinləri tərəfindən qaldırılan məsələlər qeydiyyata alınıb və həlli üçün aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilmişdir.
Aşağı Quşçu kənd sakinləri əhalinin rifah halının və sosial vəziyyətinin yaxşılaşdırlması istiqamətində görülən işlərdən razılıqlarını bildirərək, ölkə Prezidentinə təşəkkürlərini ifadə ediblər.