RİH başçısının növbəti səyyar qəbul-görüşü Aşağı Öysüzlü kəndində keçirilib
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Aşağı Öysüzlü kəndində növbəti səyyar qəbul-görüşü keçirilib.
X.Cəfərov adına Qazıqulu kənd ümumi orta məktəbində təşkil olunan səyyar qəbul-görüşdə YAP Tovuz rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının, aidiyyatı idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbul-görüşdə iştirak edən Aşağı Öysüzlü kənd sakinləri onları narahat edən problemlər səsləndiriblər. Kənd sakinləri tərəfindən qaldırılan məsələlər qeydiyyata alınıb və həlli üçün aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilmişdir.
Kənd sakinləri əhalinin rifah halının və sosial vəziyyətinin yaxşılaşdırlması istiqamətində görülən işlərdən razılıqlarını bildirərək, ölkə Prezidentinə təşəkkürlərini ifadə ediblər.