Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısının növbəti səyyar qəbul-görüşü Ağacqala kəndində keçirilib  

13 iyul 2023 | 19:19

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun rəhbərliyi, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələri rəhbərlərinin iştirakı ilə rayonun ucqar dağ kəndi olan Ağacqala kəndində səyyar qəbul-görüş keçirilib.

Qəbul zamanı kənd sakinlərinin müraciətləri dinlənilib və problemlərin müvafiq həll yolları araşdırılıb. Səsləndirilən bir sıra müraciətlərin yerindəcə həll olunması ilə bağlı lazımi tapşırıqlar verilib. Digər problemlər mərhələli şəkildə həll olunması məqsədilə nəzarətə götürülüb.

Ağacqala kəndinin sakinləri əhalinin rifah halının və sosial vəziyyətinin yaxşılaşdırlması istiqamətində görülən işlərdən razılıqlarını bildirərək, ölkə Prezidentinə təşəkkürlərini ifadə ediblər.

 

Keçidlər