Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısının Koxanəbi kəndində səyyar qəbul-görüşü keçirilib

23 aprel 2026 | 17:57

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Koxanəbi kəndində növbəti  səyyar qəbul-görüşü keçirilib.

Qəbulda Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Ağayeva, müvafiq idarə, müəssisə və təşkilatların rəhbər və məsul şəxsləri iştirak ediblər.

Qəbul zamanı kənd sakinləri onları narahat edən məsələləri dilə gətiriblər. Bəzi müraciətlər yerindəcə həll edilib, araşdırma tələb edən məsələlər isə müvafiq qurumlara yönləndirilib və onların icrası nəzarətə götürülüb.

Kənd sakinləri əhalinin rifah halının və sosial vəziyyətinin yaxşılaşdırlması istiqamətində görülən işlərdən razılıqlarını bildirərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər