Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısının İbrahimhacılı  kəndində növbəti səyyar qəbulu keçirilib

22 dekabr 2023 | 17:56

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun İbrahimhacılı kəndində səyyar qəbul-görüşü keçirilib.

İbrahimhacılı kənd folklor klubunun binasında baş tutan  səyyar qəbulda idarə, müəssisə və  təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Səyyar qəbula gələn İbrahimhacılı kənd sakinləri söz alaraq onları narahat edən müraciətləri səsləndiriblər. RİH başçısı Məmməd Məmmədov müraciətlərin həlli istiqamətində aidiyyəti qurumlara lazımi tapşırıqlar vermişdir.

İbrahimhacılı kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. 

 

Keçidlər