RİH başçısının Həsənli kəndində səyyar qəbulu keçirilib
15 may 2025 | 16:31
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Həsənli kəndində səyyar qəbul-görüşü keçirilib.
Həsənli kəndində keçirilən səyyar qəbul-görüşdə hüquq mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbul zamanı Həsənli kənd sakinlərinin müraciətləri dinlənilib və problemlərin müvafiq həll yolları araşdırılıb. Səsləndirilən müraciətlərin mərhələli şəkildə həll olunması məqsədilə nəzarətə götürülüb.
Həsənli kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş,göstərilən dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.