RİH başçısının Hacıalılı kəndində növbəti səyyar qəbulu keçirilib
13 mart 2024 | 23:51
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Hacıalılı kəndində səyyar qəbul-görüşü keçirilib.
Qasım Rzayev adına Hacıalılı kənd tam orta məktəbin binasında baş tutan səyyar qəbulda idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbula gələn Hacıalılı kənd sakinləri söz alaraq onları narahat edən müraciətləri səsləndiriblər. RİH başçısı Məmməd Məmmədov müraciətlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə lazımi tapşırıqlar vermişdir.
Hacıalılı kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.