RİH başçısının Əsrik Cırdaxan kəndində səyyar qəbulu keçirilib
13 fevral 2025 | 17:06
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Əsrik Cırdaxan kəndində səyyar qəbulu keçirilib.
Əsrik Cırdaxan kəndində keçirilən səyyar qəbul-görüşdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Əsrik Cırdaxan kənd sakinləri onları narahat edən məsələləri dilə gətiriblər. Kənd sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilmiş, bir qisminin isə həlli istiqamətində əlaqədar təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Əsrik Cırdaxan kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər.