RİH başçısının Dönük Qırıqlı kəndində səyyar qəbulu keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun rayonun Dönük Qırıqlı kəndində səyyar qəbul-görüşü keçirilib.
Dönük Qırıqlı kəndində keçirilən səyyar qəbul-görüşdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbul görüşdə iştirak edən Dönük Qırıqlı kənd sakinləri onları narahat edən məsələlər ilə bağlı müraciətlərini səsləndiriblər. Vətəndaşların müraciətlərinin həlli istiqamətində lazımi tapşırıqlar verilib, bəziləri isə yerində öz həllini tapıb.
Dönük Qırıqlı kənd sakinləri vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində aparılan işlərdən və respublikamızda həyata keçirilən tədbirlərdən razılıqlarını ifadə edərək ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.






