RİH başçısının Çeşməli kəndində səyyar qəbulu keçirilib
08 may 2025 | 18:54
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Çeşməli kəndində səyyar qəbul-görüşü keçirilib.
Çeşməli kəndində keçirilən səyyar qəbul-görüşdə hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbula gələn Çeşməli kənd sakinləri söz alaraq onları narahat edən müraciətləri səsləndiriblər. RİH başçısı Məmməd Məmmədov müraciətlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə lazımi tapşırıqlar vermişdir.
Çeşməli sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.