Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısının Çeşməli kəndində növbəti səyyar qəbul-görüşü keçirilib  

16 iyun 2023 | 20:43

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun növbəti səyyar qəbul-görüşü Çeşməli kəndində keçirilib.

C.Hüseynov adına Çeşməli kənd tam orta məktəbində təşkil olunan səyyar qəbul-görüşdə  idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

 Səyyar qəbul-görüşdə iştirak edən Çeşməli, Abbasqulular, Güvəndik və Papaqçılar kəndlərinin sakinləri onları narahat edən problemlər səsləndiriblər. Qaldırılan məsələlər qeydiyyata alınıb və həlli üçün aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilib.

Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə təşəkkürlərini ifadə ediblər.

 

Keçidlər