Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısının Cəlilli kəndində növbəti səyyar qəbulu keçirilib

20 fevral 2026 | 18:00

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov tərəfindən rayonun yaşayış məntəqələrində vətəndaş müraciətlərinin yerində araşdırılması və operativ həllinin təmin olunması məqsədilə keçirilən səyyar görüşlər davam etdirilir. Növbəti qəbul Cəlilli kəndində baş tutub.

Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Qəbul çərçivəsində sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlər ətraflı araşdırılıb.

Sakinlər tərəfindən əsasən sosial müdafiə, yol və kommunal infrastrukturun yaxşılaşdırılması, məşğulluq və digər məişət xarakterli məsələlər səsləndirilib. Bir sıra müraciətlər yerindəcə müsbət həllini tapıb, əlavə araşdırma tələb edən məsələlər üzrə aidiyyəti qurumlara konkret tapşırıqlar verilib, icra vəziyyəti nəzarətə götürülüb.

Kənd sakinləri səyyar qəbulların dövlət orqanlarına birbaşa müraciət imkanlarını genişləndirdiyini və problemlərin operativ həllinə şərait yaratdığını qeyd ediblər. Sonda sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər